Ramin Məmmədov Göyçayda tələbənin evini ziyarət edib

Daxili siyasət
  • 04 dekabr, 2025
  • 18:47
Ramin Məmmədov Göyçayda tələbənin evini ziyarət edib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Göyçayda tələbənin evini ziyarət edib.

"Report" xəbər verir ki, sədr və Komitənin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) rəhbərliyi "İslamşünaslıq" ixtisasının I kurs tələbəsi Aişə Vəliyevanın ailəsinin qonağı olublar.

Ramin Məmmədov vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı proqramlar gənclərin peşə hazırlığını, bacarıqlarını və əmək bazarına inteqrasiyasını daha da sürətləndirir.

R.Məmmədov onu da qeyd edib ki, Azərbaycanda gənclərin savadlı, milli dəyərlərə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi dövlətin daim diqqət mərkəzindədir. O bildirib ki, həyata keçirilən layihələr gənclərin cəmiyyətə faydalı üzv, ölkənin inkişafında fəal iştirakçı olmalarına xidmət edir.

Komitə sədri Aİİ-də həyata keçirilən müxtəlif sosial və maarifləndirici layihələrin tələbələrin dünyagörüşünün formalaşmasına, onların ictimai fəallığının artırılmasına və sağlam təhsil mühitinin gücləndirilməsinə mühüm töhfə verdiyini qeyd edib.

R.Məmmədov "Qonağınız müəllimlərinizdir" layihəsi haqqında bəhs edərkən bildirib ki, belə görüşlər tələbələrin şəxsi inkişafına dəstək olmaq, onların sosial-psixoloji ehtiyaclarını öyrənmək və təhsil mühitində sağlam ünsiyyətin qurulması baxımından da əhəmiyyətlidir.

Tələbənin valideynləri göstərilən diqqət və qayğıya, tələbələr üçün yaradılan şəraitə, təqaüdlər və əlavə dəstək imkanlarına görə, Azərbaycan dövlətinə minnətdarlıqlarını ifadə ediblər.

Son xəbərlər

Bütün Xəbər Lenti