Səfir: Azərbaycan və Çexiya arasında paylayıcı şəbəkənin modernizasiyası ilə bağlı yeni layihələr nəzərdən keçirilir

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 19:17
Səfir: Azərbaycan və Çexiya arasında paylayıcı şəbəkənin modernizasiyası ilə bağlı yeni layihələr nəzərdən keçirilir

Azərbaycan və Çexiya arasında bərpaolunan enerji mənbələri sahəsində və paylayıcı şəbəkənin modernizasiyası ilə bağlı yeni layihələr nəzərdən keçirilir.

Bunu "Report"a müsahibəsində Çex Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Milan Sedlaçek deyib.

O xatırladıb ki, bir müddət əvvəl Çex şirkətinin iştirakı ilə Azərbaycanda modernləşdirilən su elektrik stansiyasının səmərəliliyi artıb və istismar müddəti uzanıb:

"Hazırda isə Çex şirkətləri ağıllı şəbəkələrin qurulması və qabaqcıl enerji saxlama sistemləri daxil olmaqla infrastrukturun inkişafında iştirak edə bilər. Çex Respublikası həmçinin bərpaolunan enerji mənbələri, o cümlədən bioenerji, tullantıların istifadəsi və tullantıların idarə edilməsi sahəsində öz təcrübəsi və texnologiyalarını bölüşməyə hazırdır".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti