Koşta: Cənubi Qafqazda sülh regoinlararası əməkdaşlıq üçün vacibdir

Digər
  • 04 dekabr, 2025
  • 18:55
Koşta: Cənubi Qafqazda sülh regoinlararası əməkdaşlıq üçün vacibdir

Avropa İttifaqı (Aİ) Qazaxıstanın regional sabitliyin möhkəmləndirilməsində, o cümlədən Ermənistan və Azərbaycan arasında nizamlama prosesinə dəstəyində fəal və konstruktiv rolunu alqışlayır.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Avropa İttifaqı Şurasının sədri Antoniu Koşta Astanaya səfəri zamanı bildirib.

O, qeyd edib ki, Cənubi Qafqazda sülh və firavanlıq Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin möhkəmləndirilməsi üçün həyati əhəmiyyətə malikdir.

Koşta həmçinin Qazaxıstana BMT Nizamnaməsinin və qanunun aliliyinə əsaslanan prinsiplərin ardıcıl müdafiəsinə görə minnətdarlığını ifadə edib.

Son xəbərlər

Bütün Xəbər Lenti