Hindistanın futbol yığması və klubları beynəlxalq yarışlardan kənarlaşdırıla bilər
Futbol
- 27 avqust, 2025
- 16:33
Hindistanın futbol yığması və klubları beynəlxalq yarışlardan kənarlaşdırılma təhlükəsi ilə üzləşib.
"Report"un "Press Trust of India"ya istinadən məlumatına görə, buna səbəb FIFA və Asiya Futbol Konfederasiyasının (AFK) nizamnamənin dəyişdirilməsi ilə bağlı tələblərinin hələ də yerinə yetirilməməsidir.
FİFA və AFK Hindistan Futbol Federasiyasının prezidenti Kalyan Çaubeyə ünvanladığı məktubda yeni nizamnamənin qəbul edilməsində irəliləyişin olmamasından narahatlığını ifadə edib.
Həmçinin oktyabrın 30-dək yeni nizamnamənin qəbul və ratifikasiya edilməsi barədə tələblər yerinə yetirilməyəcəyi təqdirdə, Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Hindistanın 2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün müraciəti ləğv olunacaq.
Son xəbərlər
15:19
EIB Bakı metrosunun modernləşdirilməsi layihəsinin 50 %-nə qədərini maliyyələşdirməyə hazırdır - EKSKLÜZİV
İnfrastruktur15:16
Xəzəryanı əməkdaşlıq üzrə komissiyanın iclası dekabrın 8-də keçiriləcək
Digər ölkələr15:16
Foto
Azərbaycan və İraq neft-qaz əməkdaşlığını müzakirə edib
Energetika15:15
Netanyahu "Mossad"a direktor təyin edib
Digər ölkələr15:07
Almaniya Ukraynanın enerji infrastrukturunun bərpasına 100 milyon avro ayıracaq
Region15:01
Foto
Hesablama Palatası İslam İnkişaf Bankı ilə əməkdaşlıq edəcək
Maliyyə15:01
Çempionlar Liqası: "Qarabağ" - "Ayaks" oyununun biletləri satışa çıxarılıb
Futbol14:56
Mbappe Ronaldunun "Real"dakı tarixi rekordunu qıra bilər
Futbol14:51