Dünya çempionu olan futbolçu 31 yaşında karyerasını bitirib
Futbol
- 15 sentyabr, 2025
- 20:38
"Barselona"nın (İspaniya) və Fransa millisinin sabiq müdafiəçisi Samuel Umtiti karyerasını bitirdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə 31 yaşlı oyunçu özü sosial şəbəkə hesabında yazıb.
"Enişli-yoxuşlu karyeradan sonra futbolla vidalaşmağın vaxtıdır. Heç nəyə görə peşman deyiləm. Tanıdığım bütün klublara, prezidentlərə, məşqçilərə və futbolçulara təşəkkür etmək istəyirəm. Təşəkkür edirəm, "Lyon", təşəkkür edirəm, "Barselona", sağ ol, "Lill", sağ ol, "Leççe", sağ ol, Fransa", - Umtiti bildirib.
Qeyd edək ki, Umtitinin sonuncu klubu ölkəsində "Lill" olub. O, Fransa millisində 31 oyunda 4 qol vurub. Futbolçu 2018-ci ildə milli komanda ilə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.
Son xəbərlər
06:50
"Bitkoin" və "Ethereum" əhəmiyyətli qiymət artımı nümayiş etdirir
Maliyyə06:16
"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
İKT05:21
Kolumbiya prezidentindən Trampa müraciət: Suverenliyimizə hücum müharibə elanıdır
Digər ölkələr04:45
ABŞ Milli Təhlükəsizlik Agentliyi 2000 işçisini ixtisar edib
Digər ölkələr04:09
BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
Digər ölkələr03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib
Digər ölkələr03:06
"Barselona" İspaniya Futbol Çempionatında "Atletiko Madrid"i məğlub edib
Futbol02:17
Putinin köməkçisi: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək
Region02:06