"Barselona" 18 yaşlı hücumçuya 400 milyon avro qiymət qoydu
Futbol
- 23 sentyabr, 2020
- 15:38
İspaniya "Barselona"sının futbolçusu Ansu Fati bundan sonra müntəzəm olaraq əsas komandada çıxış edəcək.
"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 18 yaşlı hücumçuya 400 milyon avro qiymət qoyub.
Qvineya əsilli ispaniyalı forvardın əvvəlki qiyməti 170 milyon avro idi. Fati əsas komandada 22 nömrəli forma ilə mübarizə aparacaq. Daha əvvəl bu nömrə İtaliya "İnter"inə keçən Arturo Vidala məxsus idi.
Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Ansu Fati 2019/2020 mövsümündə komandanın heyətində 24 oyunda meydana çıxıb. O, 7 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Fatinin La Liqa təmsilçisi ilə 2022-ci ilədək müqaviləsi var.
Son xəbərlər
06:50
"Bitkoin" və "Ethereum" əhəmiyyətli qiymət artımı nümayiş etdirir
Maliyyə06:16
"SpaceX" internet peyklərinin yeni qrupunu orbitə çıxarıb
İKT05:21
Kolumbiya prezidentindən Trampa müraciət: Suverenliyimizə hücum müharibə elanıdır
Digər ölkələr04:45
ABŞ Milli Təhlükəsizlik Agentliyi 2000 işçisini ixtisar edib
Digər ölkələr04:09
BMT: Bu il qlobal iqtisadi artım səviyyəsinin 2,6%-ə qədər azalacağı gözlənilir
Digər ölkələr03:34
Tramp Lula da Silva ilə ABŞ-nin Braziliyaya tətbiq etdiyi tarifləri müzakirə edib
Digər ölkələr03:06
"Barselona" İspaniya Futbol Çempionatında "Atletiko Madrid"i məğlub edib
Futbol02:17
Putinin köməkçisi: Rusiya ilə ABŞ arasında təmaslar davam edəcək
Region02:06