III MDB Oyunları: Azərbaycanın oğlanlardan ibarət qılıncoynadanları bürünc medal qazanıblar - YENİLƏNİB

Fərdi
  • 04 oktyabr, 2025
  • 14:30
III MDB Oyunları: Azərbaycanın oğlanlardan ibarət qılıncoynadanları bürünc medal qazanıblar - YENİLƏNİB

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarını bürünc medalla başa vurublar.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.

Sablyaçılarımız finala gedən yolda rəqibinə 32:45 hesabı ilə uduzaraq bürünc medalla kifayətlənib.

Qeyd edək ki, qılıncoynatmanın sablya növü üzrə qızlardan ibarət Azərbaycan millisi də yarışı bürünc medalla bitirib.

Qılıncoynatmanın sablya növü üzrə oğlanlardan ibarət Azərbaycan millisi III MDB Oyunlarında komanda yarışının 1/4 finalında Belarus yığması ilə qarşılaşıb.

"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Husnaddinovdan ibarət yığma 45:40 hesabı ilə qalib gələrək yarımfinalda Rusiya komandasına rəqib olub.

Milli yarımfinala yüksəlməklə bürünc medalı təmin edib.

Daha öncə şpaqa üzrə qızlardan ibarət komandamız bürünc medal qazanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti