Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək

Energetika
  • 01 sentyabr, 2025
  • 10:22
Sabah Biləsuvarda 900-ə yaxın abonentin qazı kəsiləcək

Sabah Biləsuvar rayonunda 900-ə yaxın abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Bağbanlar kəndində yerləşən qaz tənzimləyicinin yenisi ilə əvəz edilməsi ilə əlaqədar olaraq sentyabrın 2-də saat 10:00-dan başlayaraq işlər başa çatana qədər həmin yaşayış məntəqəsində 854 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.