EBRD: Azərbaycanda iki BOEM-in əlavə edilməsi ilə ildə 300 min kubmetr qaza qənaət etmək olar

Energetika
  • 26 sentyabr, 2025
  • 15:34
EBRD: Azərbaycanda  iki BOEM-in əlavə edilməsi ilə ildə 300 min kubmetr qaza qənaət etmək olar

Azərbaycanda bərpa olunan enerji mənbələri (BOEM) hesabına qənaət edilmiş qazdan hidrogen istehsalında istifadə etmək olar.

"Report"un məlumatına görə, bu barədə Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) BOEM sahəsində baş bankiri Sandro Museridze Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri çərçivəsində bildirib.

S.Museridze xatırladıb ki, EBRD Azərbaycana uzunmüddətli aşağı karbonlu strategiya hazırlamaqda kömək edir.

"Enerji sistemini modelləşdirmək üçün biz enerji təhlükəsizliyini və davamlı inkişafı təmin edəcək, eləcə də karbon emissiyalarını azaldacaq ssenariləri nəzərdən keçiririk. Hazırda Azərbaycanda quraşdırılmış gücün 80 %-dən çoxu neft və qazla işləyir. Yalnız iki BOEM-in əlavə edilməsi ilə ildə təxminən 300 min kubmetr qazı azad etmək mümkündür. Bu qaz isə məsələn, hidrogen istehsalında istifadə edilə bilər. Beləliklə, həm imkanlar, həm də çətinliklər var. Lakin mən düşünürəm ki, bazar uyğunlaşır, regional əməkdaşlıq da buna kömək edir. Enerji sistemi təkcə ölkələrin özlərinə deyil, həm də onlar arasında əlaqə kimi lazımdır", - o bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti