Kallas: Niderland və Ukrayna birgə dron istehsal edəcək
Digər ölkələr
- 01 dekabr, 2025
- 19:00
Niderland və Ukrayna birgə pilotsuz uçuş aparatı (PUA) istehsalının təşkili haqqında saziş imzalayıb.
"Report" xəbər verir ki, bunu Avropa İttifaqının diplomatik xidmətinin rəhbəri Kaya Kallas Aİ ölkələrinin müdafiə nazirlərinin görüşünün yekunu üzrə keçirilən mətbuat konfransında bildirib.
"Niderland öz ərazisində hərbi istehsalı başlatmaq üçün bu gün Ukrayna ilə saziş imzalayıb", - K.Kallas qeyd edib.
Daha əvvəl Ukrayna və Niderland 250 milyon avro məbləğində əlavə maliyyə paketi haqqında saziş imzalayıb. Vəsait PURL təşəbbüsü çərçivəsində ABŞ-nin ehtiyatlarından hava hücumundan müdafiə, eləcə də F-16 qırıcıları üçün sursatların alınmasına yönəldiləcək.
Son xəbərlər
08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
Digər ölkələr08:08
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:50
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
İnfrastruktur07:43
Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək
Digər ölkələr07:12
Foto
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
Hadisə07:10
Sergey Lavrov Çində səfərdədir
Region06:38
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Digər ölkələr06:14
ABŞ ilin əvvəlindən etibarən təxminən 150 milyon barel Venesuela nefti satıb
Digər ölkələr05:44