"Atletik"ə qarşı matç "Real"ın baş məşqçisi üçün həlledici ola bilər
- 01 dekabr, 2025
- 19:06
İspaniya La Liqasının XV turunda "Atletik"ə (Bilbao) qarşı keçiriləcək oyun "Real"ın (Madrid) baş məşqçisi Xabi Alonsonun taleyi üçün həlledici rol oynaya bilər.
"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın son oyunlardakı qeyri-stabil çıxışından narahatdır.
Madrid təmsilçisi La Liqada ardıcıl üç matçda - "Rayo Valyekano" (0:0), "Elçe" (2:2) və "Jirona" (1:1) ilə matçlarda xal itkisi ilə üzləşib. Komanda yalnız Çempionlar Liqasında "Olimpiakos" (Yunanıstan) üzərində çətin qələbə qazanıb – 4:3.
İddialara görə, bəzi futbolçular Alonsonun oyun fəlsəfəsi və taktiki yanaşması ilə razılaşmırlar.
44 yaşlı mütəxəssis 2025-ci ilin yayından "kral klubu"nu çalışdırır. O, bundan əvvəl Almaniyanın "Bayer 04" komandasına rəhbərlik edib.
Qeyd edək ki, "Real" cari mövsüm 14 turdan sonra 33 xalla turnir cədvəlində ikinci pilləsində qərarlaşıb və "Barselona"dan cəmi 1 xal geri qalır.