ABŞ Dövlət katibinin müavini London, Paris, Roma və Milana səfər edəcək
- 01 dekabr, 2025
- 19:17
2–8 dekabr tarixlərində ABŞ Dövlət katibinin ictimai diplomatiya məsələləri üzrə müavini Sara Rocers Böyük Britaniya, Fransa və İtaliyaya (Roma və Milan) səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
"Səfər zamanı Rocers hökumət nümayəndələri ilə görüşərək əsas ikitərəfli məsələlərin irəlilədilməsinə çalışacaq, Donald Tramp administrasiyasının söz azadlığı və rəqəmsal azadlıqların müdafiəsinə sadiqliyini təsdiqləyəcək, həmçinin ABŞ-nin müstəqilliyinin 250 illiyi çərçivəsində əldə etdiyi nailiyyətləri nümayiş etdirəcək", – məlumatda qeyd olunub.
Bundan əlavə, səfər çərçivəsində ABŞ və İtaliya arasında mədəni mülkiyyətə dair saziş imzalanacaq. Bu saziş qeyri-qanuni ticarətin qarşısını alacaq və amerikalı kolleksiyaçılarla muzeyləri qoruyacaq.