Aİ Türkiyənin SAFE proqramında iştirakını mümkün hesab edir

Digər ölkələr
  • 01 dekabr, 2025
  • 18:34
Aİ Türkiyənin SAFE proqramında iştirakını mümkün hesab edir

150 milyard avro dəyərində SAFE (Security Action for Europe) müdafiə proqramında iştirak üçün müraciət ünvanlayan 19 Aİ ölkəsi layihə və xərclər planlarını Avropa Komissiyasına təqdim edib, onlardan 15-i öz təkliflərinə Ukraynanın iştirakını da daxil edib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə Aİ-nin rəsmi nümayəndəsi Toma Renye bildirib.

O, məlumatın məxfiliyini nəzərə alaraq, Ukrayna və Avropa İttifaqından kənar hər hansı üçüncü ölkələrlə birgə fəaliyyətdən imtina edən Aİ ölkələrinin adlarını açıqlamaqdan imtina edib.

Bununla yanaşı, Renye Türkiyənin Aİ ölkələrinin müdafiə layihələrində iştirakı imkanını şərh edib. Avropa rəsmiləri dəfələrlə Yunanıstanın bu məsələ ilə bağlı ciddi narahatlığını qeyd ediblər.

Yunan jurnalistlərin SAFE çərçivəsində Avropa Komissiyasına öz planlarını təqdim edən üçüncü ölkələr arasında Türkiyənin olub-olmadığı ilə bağlı suallarını cavablandıran Renye, qaydalara uyğun olaraq bunun tamamilə mümkün olduğunu deyib.

SAFE proqramı Avropa İttifaqı və onun ən yaxın tərəfdaşları çərçivəsində müdafiə sahəsində birgə inkişafın və tədarükün sürətləndirilməsini nəzərdə tutur.

Son xəbərlər

Bütün Xəbər Lenti