Alkis Drakinos: "EBRD Azərbaycanın hidrogen layihələrinə investisiya imkanlarını araşdıra bilər"

Energetika
  • 15 oktyabr, 2025
  • 18:31
Alkis Drakinos: EBRD Azərbaycanın hidrogen layihələrinə investisiya imkanlarını araşdıra bilər

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) praktiki fəaliyyətə keçmək üçün Milli Hidrogen Strategiyasının hazırlanmasında Azərbaycana kömək edir.

Bunu "Report"a müsahibəsində EBRD-nin Qafqaz üzrə regional direktoru Alkis Drakinos deyib.

"Biz COP29-da [BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - red.] təqdim edilən Hidrogen üzrə ilk Milli Strateji İcmalın hazırlanmasında hökumətə kömək etdik. İndi biz praktiki fəaliyyətə keçmək üçün strategiyanın özünün hazırlanmasında yardım edirik. Zəruri addımlara aydın tənzimləmənin tətbiqi və artmaqda olan bərpa olunan enerji bazasında pilot layihələrə start verilməsi, habelə hidrogenin şəbəkələr, sənaye və potensial ixrac marşrutlarına inteqrasiyası üçün infrastrukturun yaradılması daxildir", - o bildirib.

Regional direktor əlavə edib ki, EBRD hazırda normativ-hüquqi bazanın hazırlanmasında kömək edir: "Biz həmçinin pilot layihələrə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirə və daha geniş enerji sistemlərinə inteqrasiyaya kömək edə bilərik. Bizim üçün əsas amillər iqtisadi məqsədəuyğunluq, ölçülə bilən dekarbonizasiya və maraqlı tərəflərin sadiqliyidir. Bu amillərin mövcud olması halında birlikdə çox şeyə nail ola bilərik!"

Müsahibənin tam mətni ilə bu link vasitəsilə tanış ola bilərsiniz.

Son xəbərlər

Bütün Xəbər Lenti