Kəlbəcərli müəllim: Azad edilmiş ərazilərdə həyatın yenidən canlanması sevinci hüdudsuzdur
- 15 sentyabr, 2025
- 14:53

Kəlbəcər rayonunda fəaliyyət göstərən 1 saylı tam orta məktəbin müəllimi Fənarə Sadıqova azad olunmuş ərazilərdə çalınan məktəb zənglərinin "Böyük Qayıdış"a əminliyi daha gücləndirdiyini bildirib.
O, "Report"un Kəlbəcərə ezam olunan əməkdaşına açıqlamasında deyib ki, Kəlbəcərdə 32 ildən sonra tədrisin yenidən bərpa edilməsi çox qürurvericidir:
"Bu gün keçirdiyimiz hissləri dilə gətirmək çətindir. Torpaqlarımızın işğaldan azad edilməsi, bu ərazilərdə həyatın yenidən canlanmasının yaratdığı sevinc hüdudsuzdur. Bu gün neçə il sonra Kəlbəcər məktəbində ilk zəng çalındı. Bundan gözəl nə ola bilər? İnşallah bu gün dərsə başlayan şagirdlər böyüyüb Azərbaycan üçün yararlı övlad olsunlar".
Müəllim vurğulayıb ki, Kəlbəcərdə səslənən ilk zəng yalnız məktəbdə tədrisin fəaliyyətə başlaması deyil, həm də azad olunmuş ərazilərə "Böyük Qayıdış"a əminliyi gücləndirən mühüm hadisədir.