I sinfə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir
Elm və təhsil
- 13 oktyabr, 2025
- 10:25

2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I sinfinə üzrlü səbəbdən gecikən uşaqların qəbul prosesi davam edir.
Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, valideynlər 15 oktyabr 2025-ci il, saat 18:00-a qədər mektebeqebul.edu.az portalı vasitəsilə boş qalan yerlərə məktəb və müəllim seçimini həyata keçirə bilərlər.
Qeyd edilən tarixə qədər övladları üçün portaldan sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq qəbul prosesini yekunlaşdıra bilərlər.
Qeyd edək ki, cari tədris ili üzrə bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
Son xəbərlər
12:19
Samvel Karapetyana qarşı yeni ittiham irəli sürülüb
Region12:17
HƏMAS daha 13 girovu azad edib - YENİLƏNİB
Digər ölkələr12:14
Fransa millisinin futbolçusu Azərbaycan yığması ilə oyundan sonra heyətdən kənarda qalıb
Futbol12:11
Xocavənddə silah-sursat satmaq istəyən şəxs saxlanılıb
Hadisə12:10
Tramp İsraildə nəhəng təşəkkür banneri ilə qarşılanıb
Digər ölkələr12:02
Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
Maliyyə11:59
Aleksey Overçuk: Bu il 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub dəhlizi ilə yük daşıyıb
Xarici siyasət11:59
Rusiya Vladimir Kara-Murzanı axtarışa verib
Digər ölkələr11:56