Xocavənddə silah-sursat satmaq istəyən şəxs saxlanılıb
Hadisə
- 13 oktyabr, 2025
- 12:11
Xocavənd rayonunun Güney Xırman kəndində müvəqqəti yaşayan və tikinti şirkətlərindən birində çalışan 26 yaşlı Rəşad Salahov şübhəli şəxs qismində saxlanılıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, onun yaşadığı evdən 2 "Kalaşnikov" avtomatı, 1 "İJ" markalı ov tüfəngi, 5 patron darağı və 150 ədəd patron aşkarlanaraq götürülüb.
Araşdırmalarla R.Salahovun qanunsuz saxladığı odlu silah-sursatı rayonda aparılan tikinti və yenidənqurma işlərində çalışan zamanı tapdığı, sonradan satış məqsədilə yaşadığı evdə gizlətdiyi müəyyən edilib.
Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Son xəbərlər
09:32
Gömrük nəzarətindən gizlədilən 36 mindən çox siqaret aşkarlanıb
Hadisə09:31
Azərbaycan nefti ucuzlaşmaqda davam edir
Energetika09:27
Taleh Kazımov: "İslam maliyyəsi adaptiv maliyyə sistemlərinin qurulmasına töhfə verir"
Maliyyə09:23
Foto
Şükürbəyli kəndinə daha 45 ailə yola salınıb
Daxili siyasət09:16
DÇ-2026: Avstriya - İordaniya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
Futbol09:09
Baş nazir Əli Əsədova "Bright Uzbekistan" layihəsi təqdim olunub
Xarici siyasət09:01
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.06.2026)
Maliyyə09:00
İsraildə İranın nüvə proqramını irəlilətmək üçün ABŞ ilə danışıqlardan istifadə etdiyini düşünürlər
Digər ölkələr08:57