Gürcüstanın xarici ticarət dövriyyəsi 9 % artıb

Biznes
  • 13 oktyabr, 2025
  • 11:56
Gürcüstanın xarici ticarət dövriyyəsi 9 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstan xarici ölkələrlə 18,54 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb.

"Report"un yerli bürosu ölkənin Milli Statistika Xidmətinə ("Geostat") istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1 % çoxdur.

Son 1 ildə Gürcüstanın ixracının dəyəri 7,7 % artaraq 5,15 milyard ABŞ dolları, idxalnın dəyəri isə 9,7 % artaraq 13,39 milyard ABŞ dolları təşkil edib.

Beləliklə, 9 ayda Gürcüstanın mənfi ticarət saldosu 8,24 milyard ABŞ dolları olub ki, bu da ümumi xarici ticarət dövriyyəsinin 44,4 %-i deməkdir.

Bu göstəricilər bəyan olunmamış ticarət əməliyyatları istisna edilməklə hesablanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti