Aleksey Overçuk: Bu il 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub dəhlizi ilə yük daşıyıb

Xarici siyasət
  • 13 oktyabr, 2025
  • 11:59
Aleksey Overçuk: Bu il 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub dəhlizi ilə yük daşıyıb
Aleksey Overçuk

Bu ilin ötən dövründə 176 min 77 nəqliyyat vasitəsi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə yük daşıyıb.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Bakıda keçirilən Azərbaycan, Rusiya və İran hökumət nümayəndələrinin üçtərəfli görüşündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, dəhliz regionun hər 3 ölkənin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verir:

"Hazırda Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur. Biz yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələrini təşkil eməliyik. Rusiya avtomobil keçidləri üçün gömrükdə münbit şərait yaradıb, gecikmələrin qarşısı alınıb. Bu ilin ötən dövrü ərzində həmin dəhlizlə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb".

Aleksey Overçuk vurğulayıb ki, İranla Rusiya arasında ticarət dövriyyəsi 33 faiz artıb və bu artım tendedsiyası davam edir:

"Bu da yaxın gələcəkdə adıçəkilən dəhlizlə yükdaşımaların həcmini daha da artıracaq və biz buna hazır olmalıyıq".

Son xəbərlər

Bütün Xəbər Lenti