Azərbaycan iqtisadiyyatı 1 %-dən çox böyüyüb
- 13 oktyabr, 2025
- 12:02

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 95 milyard 229,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,9 % azalıb, qeyri neft-qaz sektorunda isə 2,9 % artıb.
ÜDM istehsalının 34,2 %-i sənaye, 10,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 7 %-i nəqliyyat və anbar təsərrüfatı, 6,8 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 6,6 %-i tikinti, 2,8 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 %-i informasiya və rabitə sahələrinin, 20,7 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,6 %-ni təşkil edib.
9 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 9 300 manat olub.