"The Sunday Telegraph": Britaniya Baş nazirinin keçmiş müavini Starmerə qarşı plan hazırlayır
- 16 noyabr, 2025
- 06:19
Böyük Britaniyanın keçmiş baş nazir müavini və hakim Leyboristlər Partiyasının lideri Ancela Reyner bir vaxtlar onun rəhbəri olmuş hökumət başçısı Kir Starmera qarşı plan hazırlayır.
"Report"un məlumatına görə, bu barədə "The Sunday Telegraph" qəzeti mənbələrə istinadən xəbər yayıb.
Məlumata görə, Reyner artıq İcmalar Palatasının (parlamentin aşağı palatası) bəzi deputatlarına dəstək müqabilində gələcək kabinetdə nazir postları təklif edib. Nəşr qeyd edib ki, siyasətçi həmkarlar ittifaqlarını öz tərəfinə çəkə biləcək və Leyboristlər Partiyasının sol qanadının nümayəndələrinə arxalana biləcək. Bununla belə, Reynerə yaxın mənbə guya hazırlanmaqda olan plan barədə xəbərləri cəfəngiyat adlandırıb.
Reyner 5 sentyabrda Böyük Britaniyanın Baş nazir müavini, tikinti, regional inkişaf və yerli özünüidarəetmə naziri, həmçinin Leyboristlər Partiyası liderinin müavini vəzifələrindən istefa verib. Bu, İngiltərənin cənubunda mənzil alarkən rüsumun ödənilməməsi ilə bağlı qalmaqal fonunda baş verib. O, 2020-ci ildən leyboristlərin sədr müavini vəzifəsini tuturdu, 2024-cü ilin iyulundakı seçkilərdə partiyanın qələbəsindən sonra isə hökumətdə çalışırdı. İstefa zamanı "Financial Times" yazmışdı ki, Leyboristlər Partiyasının sol qanadının maraqlarını ifadə edən Reynerin gedişi kabineti zəiflədəcək və Starmerin mövqeyini daha da qeyri-sabit edəcək.