Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 04:17
Almaniya texnologiyalar sürətlə dəyişdiyi üçün dron ehtiyatı yaratmayacaq

Almaniya bu sahədə texnologiya sürətlə dəyişdiyinə görə dron ehtiyatı yaratmayacaq.

"Report"un məlumatına görə, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius "Frankfurter Allgemeine Zeitung" qəzetinə müsahibəsində bildirib.

Pistoriusun sözlərinə görə, dronların hazırlanmasında innovasiya dövrləri getdikcə qısalır və texnologiyalar – o cümlədən dronlara qarşı mübarizə sahəsində – hər iki-üç ayda köklü şəkildə dəyişir.

"Ona görə də bu gün milyardlarla avro dəyərində dron ehtiyatı toplamaq mənasız olardı, çünki onlar sabah köhnələcək", – deyə nazir vurğulayıb.

O əlavə edib ki, Almaniya bunun əvəzinə yeni satınalma üsullarını axtaracaq və texnologiyaları müstəqil şəkildə inkişaf etdirəcək, istifadəçilərlə istehsalçıları işin əvvəlindən bir araya gətirəcək. Şirkətlərlə birgə ölkə müdafiə vəzifələri yarandığı halda müasir dron variantlarının sürətli kütləvi istehsalını təmin edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti