Tramp NBC telekanalını aparıcı Set Meyersi işdən çıxarmağa çağırıb

Digər ölkələr
  • 16 noyabr, 2025
  • 06:48
Tramp NBC telekanalını aparıcı Set Meyersi işdən çıxarmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp NBC telekanalını komediyaçı və axşam şousunun aparıcısı Set Meyersi ona ünvanlanan tənqidlərə görə işdən çıxarmağa çağırıb.

"Report"un məlumatına görə, Tramp bunu "Truth Social" sosial şəbəkəsində yazıb.

"Meyers istedadsızdır və NBC dərhal onu işdən çıxarmalıdır", – deyə ABŞ lideri qeyd edib. Onun sözlərinə görə, televiziya aparıcısı "Tramp haqqında sağalmaz dərəcədə qeyri-adekvatlıq sindromundan əziyyət çəkir".

Tramp əlavə edib ki, 15 noyabr axşamı Meyersin aqressiv vəziyyətdə olduğu müşahidə edilib və o bunu şousunun reytinqlərinin düşməsi ilə əlaqələndirib.

Sentyabr ayında isə ABC telekanalının rəhbərliyi konservativ fəal Çarli Kirkın qətli ilə bağlı şərhlərə görə "Jimmy Kimmel Live!" axşam verilişinin efirini qeyri-müəyyən müddətə dayandırmışdı. Məşhur amerikalı komediyaçı Cimmi Kimmel cinayətkarın Tramp tərəfdarlarından biri ola biləcəyini ehtimal etmişdi.

Son xəbərlər

Bütün Xəbər Lenti