Texasda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

Digər ölkələr
  • 29 sentyabr, 2025
  • 05:49
Texasda yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, 2 nəfər ölüb

ABŞ-nin Texas ştatının Harris dairəsində yüngül təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "ABC 13" telekanalı yerli hakimiyyətə istinadən məlumat yayıb.

"Harris dairəsinin şimal-qərbində təyyarə qəzası nəticəsində iki nəfər həlak olub", - materialda deyilir.

Dəqiqləşdirilib ki, 1972-ci ildə istehsal olunan iki mühərrikli "Cessna 340" təyyarəsi hava limanından qalxaraq Labboka gedirmiş. Uçuş zamanı texniki nasazlıq yaranıb.

Son xəbərlər

Bütün Xəbər Lenti