"Bild": Norveç səmasında bir neçə PUA müşahidə edilib
Digər ölkələr
- 29 sentyabr, 2025
- 06:24
Norveç səmasında bir neçə pilotsuz uçuş aparatı (PUA) müşahidə edilib.
"Report" xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Qeyd olunub ki, Oslodan havaya qalxan sərnişin təyyarəsi PUA təhlükəsi səbəbindən Bardufoss regional hava limanına geri qaytarılıb.
Məlumata görə, təhlükəsizlik məqsədilə hava limanı müvəqqəti olaraq bağlanıb və bir uçuş ləğv edilib. Polis hadisəni yerində araşdırma aparır.
O da vurğulanıb ki, analoji hadisə daha əvvəl də yaşanıb. Bardufosstan təxminən 500 kilometr uzaqlıqda hava limanının təhlükəsizlik zonasına dronların daxil olduğu başqa bir hadisə qeydə alınıb.
Son xəbərlər
10:03
Möhsün Paknejad: İranın neft sənayesi ən böyük investisiya sektoruna çevriləcək
Energetika09:56
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
Futbol09:38
Cey Di Vensin İsveçrəyə səfəri başlayıb
Region09:17
Kot-d'İvuar millisinin baş məşqçisi Almaniyanın oyununu tənqid edib
Futbol08:54
"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb
Digər ölkələr08:27
Tramp: Güzgü gölü vandalizm aktlarından sonra yenidən təmir edilməli olacaq
Digər ölkələr07:47
Braziliyada sakinlər haker hücumu səbəbindən "yadplanetli hücumu" barədə mesajlar alıblar
Digər ölkələr07:36
Dik Advokat: "Ekvador millisi ilə heç-heçə bizim üçün qələbə qədər dəyərlidir"
Futbol07:30