Şimali Koreya və Çinin XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Digər ölkələr
  • 29 sentyabr, 2025
  • 06:49
Şimali Koreya və Çinin XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Şimali Koreya xarici işlər naziri Çoi Sonq Hi və çinli həmkarı Van İ sentyabrın 28-də Pekində keçirilən danışıqlarda beynəlxalq və regional məsələləri müzakirə ediblər.

"Report"un məlumatına görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) xəbər yayıb.

Agentliyin bildirdiyinə görə, danışıqlarda iştirak edən tərəflər "beynəlxalq və regional məsələlər üzrə dərin fikir mübadiləsi apararaq tam həmrəylik nümayiş etdiriblər". Çoi Sonq Hi qeyd edib ki, Pekində 3 sentyabrda yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü münasibətilə keçirilən tədbirlər Çinin hazırkı beynəlxalq statusunu nümayiş etdirib.

Çoi Sonq Hi əlavə edib ki, bayram tədbirləri çərçivəsində liderlər arasında keçirilən və "beynəlxalq vəziyyətdə mühüm dəyişikliklər dövründə" baş tutan görüş "iki ölkə arasında münasibətlərin dövrün tələblərinə uyğun inkişaf yolunu" göstərib.

Onun sözlərinə görə, Şimali Koreya 3 sentyabrda Kim Çen İn və Çin Xalq Respublikasının Sədri Si Cinpinin danışıqlarının ruhuna uyğun olaraq əməkdaşlığın dərinləşdirilməsi üçün səylər göstərəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti