Moldovadakı parlament seçkilərində səslərin 60 faizi sayılıb, Sandunun partiyası liderdir - YENİLƏNİB-2
- 29 sentyabr, 2025
- 00:37

Moldovada keçirilən parlament seçkilərinə protokolların 60%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 43,05% səslə liderlik edir.
"Report"un respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 29,22% səs toplayıbr.
Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku 8,24%, "Demokratiya evdədir" Partiyası isə 6,52% səs əldə edib. Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" isə 6,43% səs toplayıb.
Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.
"Vətənpərvər blok"a Moldovanın keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, ölkənin sabiq lideri Vladimir Voroninin rəhbərlik etdiyi Moldova Kommunistlər Partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın Gələcəyi" Partiyası daxildir.
"Alternativ" bloka isə Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.
Moldovada keçirilən parlament seçkilərinə protokolların 30%-nin emalından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 40,19% səslə liderlik edir.
"Report"un respublikanın Mərkəzi Seçki Komissiyasına (MSK) istinadən verdiyi məlumata görə, Sosialist Partiyası ətrafında formalaşdırılan "Vətənpərvər blok" 31,29% səs toplayıb.
Parlamentə həmçinin Avropayönümlü "Demokratiya evdədir" Partiyası (7,31%) və Belsı şəhərinin keçmiş meri Renato Usatının rəhbərlik etdiyi "Bizim Partiya" (6,67%) daxil olur. Bundan əlavə, Avropayönümlü partiyalardan ibarət "Alternativ" bloku da seçki baryerini keçib (7,43%). Bu blokun tərkibinə Kişinyov meri İon Çebanın Milli Alternativ Hərəkatı, keçmiş baş nazir İon Kikunun rəhbərlik etdiyi Moldova İnkişaf və Birləşmə Partiyası, eləcə də Mark Tkaçukun "Vətəndaş Konqresi" Partiyası daxildir.
"Vətənpərvər blok"a Moldova Respublikasının keçmiş prezidenti İqor Dodonun rəhbərlik etdiyi Sosialistlər Partiyası, ölkənin sabiq lideri Vladimir Voroninin rəhbərlik etdiyi Moldova Kommunistlər Partiyası və keçmiş baş nazir Vasili Tarlevin "Moldovanın Gələcəyi" Partiyası daxildir.
Moldovada parlament seçkiləri baş tutmuş hesab olunub, siyahılara daxil edilənlərin 52%-dən çoxu artıq səs verib.
"Report"un məlumatına görə, bu barədə məlumat respublikanın Mərkəzi Seçki Komissiyasının (MSK) saytında yer alıb.
Qeyd olunub ki, ümumi seçici fəallığı 1,5 milyon nəfərdən çox olub.