İsrail ordusu Livanda "Hizbullah"ın raket qurğularına zərbə endirib

Digər ölkələr
  • 22 noyabr, 2025
  • 19:39
İsrail ordusu Livanda Hizbullahın raket qurğularına zərbə endirib

İsrail ordusu "Hizbullah"ın Livanın cənubundakı hərbi obyektlərdə yerləşdirilmiş raket qurğularına zərbələr endirib.

"Report" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Raket qurğularının mövcudluğu və həmin obyektlərdəki hərbi fəaliyyət İsrail və Livan arasındakı razılaşmaları pozur", – bəyanatda qeyd olunub.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Bekaa bölgəsində döyüşçülərin fəaliyyəti, silah anbarları və digər hərbi obyektlərin aşkarlandığı iki hədəfi vurub.

Son xəbərlər

Bütün Xəbər Lenti