Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Azərbaycana səfəri konstruktiv atmosferdə keçib

Xarici siyasət
  • 22 noyabr, 2025
  • 20:23
Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Azərbaycana səfəri konstruktiv atmosferdə keçib

Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Azərbaycana səfəri konstruktiv atmosferdə keçdi.

Bunu"Report"a açıqlamasında 21-22 noyabr 2025-ci il tarixlərində "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Bakıya səfər etmiş Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupla görüşdə iştirak edən "1news.az" saytının baş redaktoru Kəmalə Məmmədova deyib.

"Nümayəndələr, həmçinin Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüblər. Prezidentin köməkçisi Ermənistan nümayəndə heyətini maraqlandıran suallara cavab verdi. Mövcud məsələlər müzakirə olundu. Həm sülh gündəliyi, həm də gələcək birgə layihələr barədə fikir mübadiləsi aparıldı. Layihələrin əsas istiqamətləri media sahəsində əməkdaşlıq, ekspert qruplarının kontaktları və vətəndaş cəmiyyətinin bu prosesə daha da aktiv cəlb olunması idi. Mədəni proqram da təşkil olunmuşdu", - o bildirib.

Qeyd edək ki, noyabrın 21-22-də "Sülh Körpüsü" Təşəbbüsü çərçivəsində Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrindən ibarət qrupun Azərbaycana səfəri baş tutub.

Son xəbərlər

Bütün Xəbər Lenti