Rusiya ordusunun Ternopola hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb

Digər ölkələr
  • 22 noyabr, 2025
  • 20:32
Rusiya ordusunun Ternopola hücumu nəticəsində ölənlərin sayı 33-ə çatıb

Ukraynanın Ternopil şəhərində Rusiyanın raket zərbəsi nəticəsində uçmuş çoxmərtəbəli yaşayış binasının dağıntılarının təmizlənməsi üzrə işlər davam edir.

"Report"un məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti özünün Telegram kanalında məlumat yayıb.

Məlumata görə, Ternopolda axtarış-xilasetmə əməliyyatları dörd gündür davam edir və ölənlərin sayı hazırda altı uşaq olmaqla 33-ə çatıb.

"Ola bilsin ki, bu, ölənlərin son sayı deyil, çünki bir neçə nəfər hələ də itkin düşmüş hesab olunur", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələri noyabrın 18-dən 19-na keçən gecə pilotsuz uçuş aparatları və qanadlı raketlərdən istifadə etməklə Ternopola kütləvi hücum edib. Nəticədə 9 mərtəbəli bina qismən dağıdılıb, digərində isə yanğın baş verib.

Son xəbərlər

Bütün Xəbər Lenti