Azərbaycan Türkiyə və Avstraliyanı COP31-in birgə təşkilində razılığa gəldiklərinə görə təbrik edib
- 22 noyabr, 2025
- 20:39
Azərbaycan Türkiyə və Avstraliyanı COP31-in tərəfdaşlıq şəklində təşkili üçün razılığa gəldiklərinə görə təbrik edib.
"Report" xəbər verir ki, bu barədə "COP29 Azərbaycan" "X" səhifəsində paylaşım edib.
Bildirilir ki, Azərbaycanın xarici işlər nazirinin müavini, baş danışıqçı Yalçın Rəfiyev Braziliya səfiri Maurisio Lyrio ilə birlikdə bu danışıqlarda vasitəçilik etməkdən şərəf duyub.
"Bu innovativ yanaşmaya razılıq verdikləri üçün iştirak edən hər kəsə və bütün Tərəflərə təşəkkür edirik. Həmçinin Efiopiyanı COP32-yə ev sahibliyi edən kimi səmimi qəlbdən salamlayırıq. Azərbaycan hər kəsin COP31 və COP32-də uğur qazanmağa davam etməsi üçün tam dəstəyimizi təqdim etməyə hazırdır", - paylaşımda deyilir.
Azerbaijan congratulates Türkiye and Australia for reaching an agreement to organise COP31 in partnership. Our Deputy Foreign Minister, Chief Negotiator Yalchin Rafiyev, was honoured to mediate this negotiation together with Ambassador Mauricio Lyrio of Brazil. We thank everyone… pic.twitter.com/Bg2dT10Tey
— COP29 Azerbaijan (@COP29_AZ) November 22, 2025