KİV: Aİ Ukrayna ilə bağlı öz təkliflərini Vaşinqtona göndərib
- 22 noyabr, 2025
- 20:58
Avrop liderləri Rusiya-Ukrayna müharibəsinin başa çatdırılması ilə bağlı öz təkliflərini Vaşinqtona göndəriblər.
"Report" xəbər verir ki, bu barədə "Der Spiegel" yazıb.
Nəşr qeyd edib ki, təşəbbüsdə əsas Avropa dövlətləri, həmçinin Yaponiya və Kanada iştirak edir və onlar ABŞ-nin mövcud sülh planına qarşı çıxırlar.
"Biz Ukraynaya davamlı dəstəyimizi təsdiqləyirik. Yaxın günlərdə Ukrayna və ABŞ ilə fəaliyyətimizi sıx şəkildə əlaqələndirməyi planlaşdırırıq", – Aİ ölkələrinin liderlərinin bəyanatında vurğulanıb.
Qeyd edək ki, Aİ ölkələri sazişin Ukrayna üçün qəbuledilməz olan bir sıra müddəalarından narazılıq ifadə ediblər. Bunlara Rusiya işğalından azad etdiyi ərazilərdən, eləcə də hələ Kiyevin nəzarətində olan bölgələrdən imtina tələbi daxildir. Bundan başqa, münaqişə zamanı törədilmiş bütün hərbi cinayətlərin amnistiyası nəzərdə tutulur.
Daha əvvəl bildirilib ki, Aİ, ABŞ və Ukrayna nümayəndələrinin sülh planı ilə bağlı görüşü noyabrın 23-də Cenevrədə keçiriləcək.