Fransanın DİN rəhbəri: Ölkə heç vaxt maliyyə uçurumuna bu qədər yaxın olmamışdı
- 28 avqust, 2025
- 21:21

Fransanın daxili işlər naziri və sağçı "Respublikaçılar" Partiyasının lideri Bruno Retayo Fransanın heç vaxt maliyyə uçurumuna bu qədər yaxın olmadığını söyləyib.
"Report" "Le Figaro"ya istinadən xəbər verir ki, partiya sədri bunu "Respublika laboratoriyası" Forumunda çıxışı zamanı deyib.
Retayonun sözlərinə görə, Fransanın dövlət borcları üzrə faiz dərəcələri İspaniya, Portuqaliya, Yunanıstanın faizlərini əhəmiyyətli dərəcədə üstələyir və tezliklə İtaliyanı da keçə bilər.
O qeyd edib ki, dövlət borcunun yüksək payının - ümumi borcun 54 %-inin "xarici əllərdə" olması vəziyyəti daha da ağırlaşdırır. Din başçısı bunun təkcə mühasibatlıq məsələsi deyil, həm də ölkənin müstəqilliyi və suverenliyi problemi olduğunu vurğulayıb.
Nazirin fikrincə, maliyyə böhranı çox sürətlə inkişaf edə bilər və belə şəraitdə aztəminatlı vətəndaşlar əziyyət çəkir. Retayo vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün hökuməti və partiyaları məsuliyyət nümayiş etdirməyə çağırıb.