Britaniya 50 gün ərzində Ukraynaya 60 min mərmi tədarük edib

Digər ölkələr
  • 02 sentyabr, 2025
  • 01:05
Britaniya 50 gün ərzində Ukraynaya 60 min mərmi tədarük edib

Böyük Britaniya 50 gün ərzində Ukraynaya 60 min mərmi və 2 500 pilotsuz sistem tədarük edib.

"Report" xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili parlamentdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Ukraynaya yardım üzrə "50 günlük kampaniya" iyul ayında başlanıb.

"Təxminən 5 milyon patron, 60 min artilleriya mərmisi, reaktiv mərmi və raket, 2 500 min pilotsuz sistem, 30 nəqliyyat vasitəsi və mühəndis avadanlığı, həmçinin 200 radioelektron mübarizə və hava hücumundan müdafiə sistemi tədarük edilib", - Hili vurğulayıb .