Aİ Rusiyanın güc və məhkəmə strukturlarının 10 əməkdaşına qarşı sanksiyalar tətbiq edib

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 19:00
Aİ Rusiyanın güc və məhkəmə strukturlarının 10 əməkdaşına qarşı sanksiyalar tətbiq edib

Avropa İttifaqı (Aİ) Rusiyanın güc strukturları və məhkəmə orqanlarının 10 əməkdaşına qarşı sanksiyalar tətbiq edib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, həmin şəxslər "insan hüquqlarının pozulmasına görə" Aİ-nin sanksiya siyahısına daxil edilib.

Məhdudlaşdırıcı tədbirlər Rusiyanın penitensiar sistemi üzrə dörd əməkdaşına, məhkəmə orqanlarının isə altı nümayəndəsinə qarşı tətbiq olunur.

"Siyahıya daxil edilmiş şəxslərin aktivləri dondurulur, həmçinin Aİ vətəndaşlarına və şirkətlərinə onlara maliyyə vəsaiti təqdim etmək qadağan edilir. Fiziki şəxslərə də Aİ ərazisinə giriş və ya tranzit qadağası tətbiq olunur", – məlumatda bildirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti