Nazir: "Alma və nar fermerləri üçün yeni subsidiyalar logistika xərclərini tam qarşılayacaq"

ASK
  • 20 noyabr, 2025
  • 22:25
Nazir: Alma və nar fermerləri üçün yeni subsidiyalar logistika xərclərini tam qarşılayacaq

Azərbaycanda 2026-cı ildən alma və nar yetişdirən fermerlərə məhsul subsidiyası veriləcək.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, növbəti ildən alma və nar yetişdirən fermerlərə məhsul subsidiyası veriləcək: "Ümid edirik ki, nəticədə alma, nar yetişdirən fermerlərimiz məhsulun əllərində qalmasından şikayətlənməyəcək, onu emal müəssisələrinə təhvil verə biləcəklər. Təklif olunan subsidiya onların logistika xərclərini artıqlaması ilə qarşılayacaq. Bu, onlarda əlavə maraq oyadacaq ki, məhsul subsidiyasını oraya yönəltsinlər".

Son xəbərlər

Bütün Xəbər Lenti