Məcnun Məmmədov: "Kənd təsərrüfatı məhsullarının ixracı ilk dəfə 1 milyard dolları keçib"

ASK
  • 20 noyabr, 2025
  • 22:14
Məcnun Məmmədov: Kənd təsərrüfatı məhsullarının ixracı ilk dəfə 1 milyard dolları keçib

Azərbaycan tarixində ilk dəfə həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı bu ilin 9 ayında 1 milyard ABŞ dollarını keçib.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.

Onun sözlərinə görə, yanvar-sentyabr aylarında tərəvəz ixracının həcmi 23 %, meyvə ixracı isə 37 % artıb: "Bu, çox böyük nəticədir. Azərbaycan tarixində ilk dəfə olaraq həm kənd təsərrüfatı və həm kənd təsərrüfatında emal olunmuş məhsulların ixracı i‌lk 9 ayda 1 milyard ABŞ dollarını keçib. Ümid edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək".

Nazir vurğulayıb ki, Azərbaycanın ərzaqlıq yumurta ixracı xeyli artıb: "Əgər 2022-ci ildə 12 milyon ədəd ərzaqlıq yumurta ixrac olunmuşdusa, ötən il bu göstərici 7 dəfəyə qədər artaraq 84 milyondan çox olub".

Son xəbərlər

Bütün Xəbər Lenti