COP30 keçirilən ərazidə yanğın baş verəndən sonra Belemdə bütün konfrans məkanları bağlanıb - YENİLƏNİB

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 23:24
COP30 keçirilən ərazidə yanğın baş verəndən sonra Belemdə bütün konfrans məkanları bağlanıb - YENİLƏNİB

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 30-cu sessiyasında (COP30) yanğından sonra bütün meydançalar bağlanıb.

"Report" xəbər verir ki, bu barədə konfransın keçirildiyi yerdən britaniyalı jurnalist İmran Çoudhri məlumat yayıb.

Onun sözlərinə görə, yanğın nəzarət altına alınıb. Yanğının başvermə səbəbi məlum deyil, alov COP-un əksər pavilyonlarını məhv edib. Zərərçəkənlər barədə məlumat daxil olmayıb.

"Hazırda konfransın işini nə vaxt bərpa edə biləcəyi barədə də məlumat yoxdur", – deyə jurnalist bildirib.

Qeyd edək ki, Aİ-nin audiovizual portalında Braziliyadan canlı yayımlar barədə əvvəlcədən proqramda göstərilən məlumatlar da silinib.

Braziliyanın Belem şəhərində keçirilən BMT-nin iqlim konfransında yanğın baş verib, rəsmi tədbirlərin keçirildiyi binalardan biri alovlanıb.

"Report" xəbər verir ki, bu barədə Braziliyanın turizm naziri Selso Sabinuya istinadla "G1" portalı məlumat yayıb.

Onun sözlərinə görə, xəsarət alan yoxdur, vəziyyət nəzarət altındadır. Hadisə yerində olan konfrans iştirakçıları təxliyə edilib.

COP30 iqlim konfransı Braziliyanın Para ştatının şimalında yerləşən Belem şəhərində 10–21 noyabr tarixlərində keçirilir.

Son xəbərlər

Bütün Xəbər Lenti