İsrail ordusu Qəzza zolağında 7 kilometr uzunluğunda tunel aşkar edib

Digər ölkələr
  • 20 noyabr, 2025
  • 22:28
İsrail ordusu Qəzza zolağında 7 kilometr uzunluğunda tunel aşkar edib

İsrail Müdafiə Qüvvələrinin (İMQ) hərbi qulluqçuları Qəzza zolağının cənub hissəsində radikallara məxsus uzunluğu 7 km olan tunel aşkar ediblər.

"Report" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat yayıb.

"Bu, Qəzza zolağında aşkar edilmiş ən uzun və mürəkkəb tunellərdən biridir. Onun uzunluğu 7 km-dən çoxdur və 25 metr dərinlikdə yerləşir. Tunelin daxilində təxminən 80 bunker, o cümlədən HƏMAS-ın yüksək səviyyəli rəhbərliyi tərəfindən silahların saxlanılması, uzunmüddətli qalma və İsrail Müdafiə Qüvvələrinin hərbçilərinə qarşı terror hücumlarının planlaşdırılması üçün istifadə olunan komanda məntəqələri qurulub", – deyə bəyanatda bildirilib.

İsrail hərbçilərinin məlumatına görə, bu tuneldən istifadə edən yüksək rütbəli HƏMAS komandirlərindən biri "Rəfah" briqadasının komandiri Məhəmməd Şaban olub".

Mətbuat xidməti qeyd edib ki, tunel "Filadelfiya dəhlizinin yaxınlığında", Misir sərhədi yaxınlığında, "sıx məskunlaşmış ərazidə" qazılıb.

Son xəbərlər

Bütün Xəbər Lenti