Azərbaycan Avstriyadan zərgərlik məmulatlarının alışını bərpa edib

Biznes
  • 03 sentyabr, 2025
  • 13:40
Azərbaycan Avstriyadan zərgərlik məmulatlarının alışını bərpa edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda 18,82 milyon ABŞ dolları dəyərində 1 497 kiloqram zərgərlik məmulatları (gümüş və digər qiymətli metallardan) idxal edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 20 % azdır.

Hesabat dövründə Azərbaycan İtaliyadan 9,26 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 12 % az) 33,7 kiloqram (-13 %), İsveçrədən 2,18 milyon ABŞ dolları dəyərində (-11 %) 10,72 kiloqram (-17 %), Hindistandan 1,33 milyon ABŞ dolları dəyərində (+54 %) 19,1 kiloqram (+46 %), Fransadan 1,3 milyon ABŞ dolları dəyərində (+48 %) 3,71 kiloqram (+3 %), Türkiyədən 904 min ABŞ dolları dəyərində (-23 %) 558 kiloqram (-36 %) məmulat alıb.

Azərbaycan 1 il 8 aylıq fasilənin ardından Avstriyadan tədarükü (1,5 min ABŞ dolları dəyərində 0,01 kiloqram) bərpa edib.