Pakistan hökuməti Əfqanıstana 105 ton humanitar yardım göndərib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 18:10
Pakistan hökuməti Əfqanıstana 105 ton humanitar yardım göndərib

Pakistan hökuməti bu gün Əfqanıstana 105 ton humanitar yardım göndərib.

"Report" xəbər verir ki, bu barədə Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar "X"də yazıb.

Nazir bildirib ki, göndərilən yardıma əsas qida məhsulları, dərmanlar, çadırlar, yorğanlar daxildir:

"Bu yardım Əfqanıstanda baş vermiş son zəlzələlərdən təsirlənənlərə dəstək məqsədini daşıyır. Ölənlərə rəhmət, yaralılara şəfa diləyirik. Pakistan bu çətin vaxtda qardaş əfqan xalqı ilə həmrəydir".