Putin: Rusiya Ukraynanın Aİ-yə daxil olmaq hüququna heç vaxt şübhə etməyib

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 17:55
Putin: Rusiya Ukraynanın Aİ-yə daxil olmaq hüququna heç vaxt şübhə etməyib

Rusiya həmişə Ukraynanın Şimali Atlantika Alyansına üzvlüyünə qarşı olub, lakin onun Avropa İttifaqına (Aİ) daxil olmaq hüququna heç vaxt şübhə etməyib.

"Report" xəbər verir ki, bunu Rusiyanın Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında bildirib.

"Biz həmişə Ukraynanın bu NATO-ya üzv olmasına etiraz etmişik, lakin onun öz iqtisadi və təsərrüfat fəaliyyəti ilə istədiyi kimi məşğul olmaq hüququnu heç vaxt şübhə altına almamışıq. Bu, Aİ-yə üzvlüyə də aiddir", - V.Putin izah edib.