Zelenski: Bizə təhlükəsizlik zəmanətlərinə dair 30-dan çox sənəd lazımdır
- 03 sentyabr, 2025
- 18:12

Ukrayna tərəfdaşları ilə təhlükəsizlik zəmanətlərinə dair 30-a yaxın sənəd imzalayıb, lakin bu, müharibədən sonra heç bir riskin olmaması üçün kifayət deyil.
"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.
"Bizim təhlükəsizlik zəmanətlərinə dair təxminən 30-a yaxın sənədimiz var. Biz ikitərəfli münasibətləri nəzərə alaraq, müəyyən ölkələrin dəstəyinə ümid edirik, lakin ölkələrin təhlükəsizlik zəmanətləri verməsinə gəlincə, bizə bu sənədlərdən daha çox lazımdır", - V.Zelenski Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hüquqi cəhətdən məcburi olan təhlükəsizlik zəmanətləri lazımdır.
"Biz bu müharibədən sonra Ukrayna və Avropanın təhlükəsizliyi üçün heç bir risk istəmirik", - dövlət başçısı vurğulayıb.