Rusiya Ukraynaya təhlükəsizlik zəmanətlərinin ərazilər müqabilində verilməsini irəli sürməyib

Digər
  • 03 sentyabr, 2025
  • 18:04
Rusiya Ukraynaya təhlükəsizlik zəmanətlərinin ərazilər müqabilində verilməsini irəli sürməyib

Ərazilər müqabilində Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsi məsələsi heç vaxt irəli sürülməyib.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində keçirdiyi mətbuat konfransında bildirib.

"Təhlükəsizlik təminatları təbiidir və mən bu barədə tez-tez danışıram. Biz hər bir ölkənin, o cümlədən də Ukraynanın bu zəmanətlərə, təhlükəsizlik sistemlərinə malik olması mövqeyindən çıxış edirik. Amma bu, heç bir mübadilə ilə, xüsusən də ərazilərin mübadiləsi ilə bağlı deyil", - o vurğulayıb.