Putin: Ukrayna ilə bağlı razılığa gəlmək mümkün olmasa, Rusiya məqsədlərinə hərbi yolla çatmaq niyyətindədir

Digər ölkələr
  • 03 sentyabr, 2025
  • 18:16
Putin: Ukrayna ilə bağlı razılığa gəlmək mümkün olmasa, Rusiya məqsədlərinə hərbi yolla çatmaq niyyətindədir

Ukrayna ilə bağlı razılığa gəlmək mümkün olmasa, Rusiya öz məqsədlərinə hərbi yolla çatmaq niyyətindədir.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Rusiya qoşunları bütün istiqamətlərdə uğurla irəliləyir.

Putinin fikrincə, Ukrayna Silahlı Qüvvələri genişmiqyaslı hücum əməliyyatları aparmaq iqtidarında deyil, yalnız mövqeləri saxlamaqla məşğuldur.

"Əgər sağlam düşüncə qalib gələrsə, bu münaqişənin dayandırılması üçün məqbul variantla bağlı razılığa gəlmək mümkündür. Prezident Trampın rəhbərliyi altında indiki ABŞ administrasiyanın əhval-ruhiyyəsini görürük. Mənə elə gəlir ki, tunelin sonunda müəyyən işıq var", - o vurğulayıb.

Putin əlavə edib ki, Rusiya vəziyyətin necə inkişaf edəcəyini izləyəcək.

"Əgər belə olmasa, qarşımıza qoyulan bütün tapşırıqları silah yolu ilə həll etməli olacağıq", - Rusiya Prezidenti deyib.