Bu ilin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi 25 milyon ABŞ dolları olub

Xarici siyasət
  • 22 oktyabr, 2025
  • 12:58
Bu ilin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi 25 milyon ABŞ dolları olub
Ceyhun Bayramov

İlin ilk 8 ayında Azərbaycanla Estoniya arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub.

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxkna ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, bugünkü müzakirələrdə iqtisadi əməkdaşlıq məsələsinə də toxunulub:

"2025-ci ildə 2024-cü illə müqayisədə iqtisadi münasibətlərin inkişafında müsbət dinamika var. Cari ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsi cəmi 25 milyon ABŞ dolları olub. Bu, müsbət dinamika olsa da, kiçik rəqəmdir".

Nazir əlavə edib ki, Estoniya ilə əməkdaşlıqda nəqliyyat-logistika sahəsinin çox böyük potensialı var. M.Tsaxkna təhsil sahəsində də əməkdaşlığın önəmli olduğunu bildirib:

"Hazırda Azərbaycanın 373 vətəndaşı Estoniyada təhsil alır".

Son xəbərlər

Bütün Xəbər Lenti