Azərbaycan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərini 3 %-ə yaxın artırıb

Maliyyə
  • 22 oktyabr, 2025
  • 15:31
Azərbaycan məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərini 3 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluğa 1 milyard 991,8 milyon manat xərclənib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49,9 milyon manat və yaxud 2,6 % çoxdur.

Hesabat dövründə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq xərclərinin 83,2 %-i icra edilib.

Son xəbərlər

Bütün Xəbər Lenti