Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib: Dostu görmək hər zaman xoşdur

Xarici siyasət
  • 06 oktyabr, 2025
  • 22:44
Viktor Orban İlham Əliyevlə görüşündən paylaşım edib: Dostu görmək hər zaman xoşdur

Bir dostu görmək hər zaman xoşdur.

"Report" xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Prezidenti İlham Əliyevlə oktyabrın 6-da Qəbələdə keçirdiyi görüşə dair "X" sosial şəbəkəsindəki paylaşımında qeyd edib.

Qeyd edək ki, liderlər arasında bu gün keçirilən görüşdə Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının vacibliyinə toxunub.

Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirilib. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.

Son xəbərlər

Bütün Xəbər Lenti