"Falcon 9" raketi "Transporter-15" missiyası çərçivəsində 140 peyklə birlikdə orbitə buraxılıb

İKT
  • 29 noyabr, 2025
  • 00:04
Falcon 9 raketi Transporter-15 missiyası çərçivəsində 140 peyklə birlikdə orbitə buraxılıb

Cümə günü "Falcon 9" raketi "Transporter 15" missiyası çərçivəsində elmi, kommersiya və dövlət sifarişçilərinə məxsus 140 mikro və nanopeykdən ibarət qrupla orbitə buraxılıb.

"Report"un məlumatına görə, bu barədə daşıyıcının istehsalçısı olan "SpaceX" şirkəti xəbər yayıb.

Raketin buraxılışı ABŞ Kosmik Qüvvələrinin Kaliforniyadakı Vandenberq bazasının "SLC-4E" start meydançasından yerli vaxtla saat 10:44-də (Bakı vaxtı ilə 22:44-də) həyata keçirilib.

"SpaceX"in bildirdiyinə görə, bu günə qədər "Falcon 9" raketləri 30-dan çox birgə missiya icra edərək 1,4 minədək faydalı yükü orbitə göndərib.

Buraxılış çərçivəsində 30-cu dəfə istifadə edilən raket daşıyıcısının birinci çoxistifadəli mərhələsi ayrıldıqdan sonra Sakit okeanda yerləşən "Of Course I Still Love You" adlı dəniz platformasına idarə olunan şaquli eniş edib.

Son xəbərlər

Bütün Xəbər Lenti