"Reuters": "Airbus" dünya üzrə "A320" təyyarələrinin, demək olar, yarısını geri çağırır

Digər ölkələr
  • 29 noyabr, 2025
  • 00:51
Reuters: Airbus dünya üzrə A320 təyyarələrinin, demək olar, yarısını geri çağırır

"Airbus" aviasiya korporasiyası uçuş idarəetmə sistemindəki problem səbəbindən "əhəmiyyətli sayda" "A320" təyyarəsinin geri çağırılacağını elan edib.

"Report" xəbər verir ki, bu barədə məlumat şirkətin açıqlamasında yer alıb.

Məlumata əsasən, təyyarələrdə proqram təminatı yenilənəcək.

"Sərt Günəş radiasiyası uçuş idarəetmə sistemlərinin fəaliyyətinə həlledici təsir göstərən məlumatlara ziyan vura bilər", - sənəddə qeyd olunub. "Airbus" bu məsələ ilə bağlı aviasiya orqanları ilə əməkdaşlıq edir.

"Reuters" isə yazıb ki, bu tədbir 30 oktyabrda Kankundan (Meksika) Nyuarka uçan "A320" təyyarəsində baş verən insidentdən sonra görülüb. Uçuş zamanı təyyarə qəfil yüksəkliyini itirib, nəticədə bir neçə sərnişin xəsarət alıb. Təyyarə Floridaya təcili eniş edib. "Airbusın istifadədə təxminən 11,3 min "A320" sinfinə məxsus təyyarəsi var.

Agentliyin sahə mütəxəssislərinə istinadən verdiyi məlumata görə, geri çağırma dünya üzrə "Airbus" parkının, demək olar, yarısını əhatə edəcək.

Son xəbərlər

Bütün Xəbər Lenti